Türkiyənin Zonquldağ vilayətində Türkiyə Daşkömürü Müəssisəsinə (TTK) aid mədən çöküb.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki mədən işçisi - Harun Kara və Tevfik Soy dağıntılar altında qalıb. Onlardan biri sağ çıxarılsa da, digərinin həyatını xilas etmək mümkün olmayıb.
Harun Kara təcili yardımla Zonguldağ Atatürk Dövlət Xəstəxanasına aparılıb.
Fakt araşdırılır.
Ağarza Elçinoğlu