İtaliyanın "Fiorentina" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Unikal" florensiyalıların mətbuat xidmətinə istinadən xəbər verir ki, A seriyası təmsilçisini Raffaele Palladino çalışdıracaq.

40 yaşlı mütəxəssis yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, R.Palladino son olaraq İtaliyanın "Monza" kollektivini çalışdırıb.