İtaliya Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini Fransa prezidenti Emmanuel Makron təklif edib ki, Ukraynada döyüşməyə özü getsin.
“Unikal” xəbər verir ki, Salvini seçki tədbirlərinin birində Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi təklifi ilə bağlı sualı cavablandırarkən deyib: “Qoy dəbilqə taxıb getsin”.
Hakim koalisiyadakı Liqa partiyasının lideri olan Salvini “Messaggero” qəzetinə müsahibəsində vurğulayıb ki, “əgər biz suverenliyimizi Avropaya güzəştə getsək, bizim uşaqlar Makronun günahı ucbatından döyüş meydanında olacaqlar”.
O, daha sonra X sosial şəbəkəsində Makronun hərbi kamuflyajda, dəbilqə taxmış və əlində avtomat olan fotomontajını yerləşdirərək Avropa Parlamentinə iyunun 8-9-da keçiriləcək seçkilərdə partiyasına səs verməyə çağırıb.
Aİ-də Salvininin əsas tərəfdaşı, Makronun isə əsas rəqibi “Milli Birlik” partiyasının lideri Marin Le Pendir.