Kipr Respublikasının səlahiyyətliləri Ukrayna Prezidenti Volodimir Zelenskinin adanın şimal hissəsində hotelə sahib olması ilə bağlı iddiaları yoxlayır.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu ölkə prezidenti Nikos Xristodulides açıqlayıb.
“Hökumət bu məsələni araşdırır, lakin indiyədək heç nə üzə çıxmayıb. İstintaq başa çatdıqdan sonra daha çox şey deyə biləcəyik”, - deyə siyasətçi bildirib.
Bundan əvvəl Türkiyə mediası Zelenskinin Kiprin şimal sahilində yerləşən Girne şəhərində 150 milyon funt-sterlinqə dəbdəbəli hotel-kazino aldığını iddia etmişdi. Məlumata görə, alqı-satqı bu ilin mayında baş tutub.