Rusiya Prezidenti Vladimir Putin Sergey Şoyqunu hərbi sənaye kompleksinin inkişafı üzrə işlərin koordinatoru təyin edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə qərarını Putin keçirdiyi müşavirə zamanı elan edib.
Xatırladaq ki, Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu hazırda Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutur.