Qocalar evində öldüyü bildirilən 74 yaşlı qadın iki saat sonra dəfn evində dirilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qeyri-adi hadisə ABŞ-də Nebraska ştatında yerləşən qocalar evinin birində baş verib.
Bildirilir ki, ötən ildən bəri ən azı üç dəfə "ölüb-dirilib". "Mulberry Qocalar Evi"nin məlumatına görə, qadın ürək xəstəliyindən müalicə alırmış. Qocalar evinin işçiləri amerikalının dünyasını dəyişdiyini güman ediblər.
Qlans adlı qadının ölümünü təsdiqləmək üçün koroner çağırılmayıb. Onun meyiti dəfn evinə aparılıb. Cənazə evi rəsmiləri qadını dəfn üçün hazırlayarkən onun hələ də nəfəs aldığını görüb. Qadın xəstəxanaya yerləşdirilib.
Gülayə Mecid