Serbiya mövcud qaz ehtiyatlarını artırmağı planlaşdırır, bununla bağlı hakimiyyət Rusiya, Macarıstan və Azərbaycanla danışıqlar aparacaq.
"Unikal" xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç Serbiya radio və televiziyasında çıxışı zamanı deyib.
"Hazırda bizim 544 milyon kubmetr qazımız var ki, bunun da 381 milyonu Banatski Dvorda, 163 milyonu isə Macarıstanın anbarlarındadır. Mən bununla kifayətlənmirəm. Biz həcmləri artırmalıyıq, bu barədə macar dostlarımızla danışmalıyıq. Biz ehtiyatları artırmalıyıq, ona görə də bunu həm ruslarla, həm də Azərbaycanla müzakirə etməliyik", - Vuçiç bildirib.
Ağarza Elçinoğlu