Çeçenistanın rəhbəri Ramzan Kadırov əmisi oğlu Adam Çerxiqovu respublikanın nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri təyin edib. 

"Unikal" xəbər verir ki, bu barədə Kadırov "Telegram" kanalında yazıb.

Əvvəllər bu vəzifəni onun atası Ramzan Çerxiqov tutub. 

Yeni nəqliyyat nazirinin qardaşı İdris Çerxiqov 2017-ci ildən Çeçenistan Dövlət Yol Müfəttişliyinin rəisi vəzifəsində çalışır.

Ağarza Elçinoğlu