Rusiya sərhədçiləri artıq Nerkin And sektorunu tərk ediblər. 

"Unikal" xəbər verir ki, bu barədə Sünik qubernatoru Robert Qukasyan deyib. 

Qukasyan qeyd edib ki, rus sərhədçilərin Azərbaycanla sərhəddən çıxarılması prosesi davam edir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin mayın 9-da Moskvada keçirilən görüşdə Rusiya sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması barədə razılığa gəliblər.

Ağarza Elçinoğlu