Fəlakət zonasında lil və ölü heyvanlar səbəbindən epidemiya riski var.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın iqtisadi və texnoloji inkişaf naziri Qnel Sanosyan deyib.
O, Tavuş və Lori bölgələrində daşqınların nəticələrinin aradan qaldırılmasından danışarkən qeyd edib: "Hələ də dəymiş ziyanın məbləğini ümumiləşdirmək mümkün deyil. İndi hündürmərtəbəli binalarımız var, birinci mərtəbələri su və palçıqla dolu idi. Binanın nə dərəcədə zədələndiyini, hansı səviyyədə fövqəladə vəziyyətin olduğunu, yaşayış üçün yararlı olub-olmadığını anlamaq hələ çox vaxt aparacaq. Təəssüf ki, məkan və sektor əhatəsini nəzərə alsaq, kifayət qədər böyük miqdarda ziyan olacaq.
Epidemiya vəziyyətinə gəlincə, narahatlıq ondan ibarətdir ki, tərkibində zərərli maddələr ola biləcək çoxlu lil var. Digər tərəfdən, ölü heyvanlar var: toyuqlar, donuzlar, bəzilərinin cəsədi tapılıb, bəziləri isə tapılmamış qalır. Bu səbəbdən də səhiyyə idarəsindəki həmkarlarımız bir tərəfdən əməliyyat-axtarış tədbirləri aparır, digər tərəfdən də ehtiyatlı olmağa çağırırlar. Xəstəliklər yayılmaması üçün mal-qara üçün qəbiristanlıqlar ayrılıb".
Ağarza Elçinoğlu