NATO-nun "Baltops 2024" ən böyük dəniz təlimi başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hərbi təlimlərə 50-dən çox gəmi, onlarla təyyarə, helikopter və minlərlə NATO əsgəri qatılıb. Tarixdə ilk dəfədir ki, Baltik dənizi hövzəsində belə miqyasda təlimlər keçirilir. Ümumilikdə alyansın 20 ölkəsindən qüvvələr iştirak edir.

Təlimlər iyunun 20-dək davam edəcək.

Ağarza Elçinoğlu