Türkiyənin Hakkari vilayətində silahlı terror təşkilatına rəhbərlik ittihamı ilə saxlanılan Hakkari Bələdiyyə başçısı Mehmet Sıddık Nakit 19 il 6 ay həbs cəzasına məhkum edilib.
"Unikal" xəbər verir ki, onun PKK/YPG strukturunda yüksək səviyyəli mövqe tutduğu, qondarma sorğu-suallar apardığı və vergi yığdığı bildirilib. Nakitin terror təşkilatının iclaslarında iştirak etdiyi müəyyən edilib.
Məmur 2 gün öncə Vanda saxlanılaraq vəzifəsindən uzaqlaşdırılıb.
Ağarza Elçinoğlu