Türkiyədə Anadolu Media Mükafatları təntənəli mərasimdə öz sahiblərini tapıb.

"Unikal" xəbər verir ki, mərasimdə "İlin xəbər kanalı" mükafatı "Haber Global"ın yayım rəhbəri Taha Dağlıya verilib.

Bu il səkkizinci dəfə təşkil edilən mərasim Türkiyə Prezidentinin iqamətgahında baş tutub.

Taha Dağlıya mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən təqdim edib.