Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya səfər edib.
"Unikal" xəbər verir ki, Mirziyoyev və onu müşayiət edən nümayəndə heyətini Ankaraya gətirən təyyarəaz əvvəl Esenboğa hava limanına enib.
Mirziyoyevi hava limanında vitse-prezident Cevdet Yılmaz, Özbəkistanın Ankaradakı səfiri Əlişer Azamhocayev və bir sıra dövlət rəsmiləri qarşılayıb.