Rusiya silahlı qüvvələrinin 1348 əsgəri Ukrayna əsirliyindədir.

"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq forumu çərçivəsində xarici media orqanlarının rəhbərləri ilə görüşündə bildirib.

O, Rusiya əsirliyində olan Ukrayna hərbçilərinin sayını da açıqlayıb. Qeyd edib ki, hazırda 6 mindən çox ukraynalı hərbçi Rusiyada əsirlikdədir.

Putin Rusiyanın münaqişə zamanı itkilərinin Ukraynanın itkilərindən dəfələrlə az olduğunu söyləyib: "Rusiya Federasiyası və Ukrayna qüvvələrinin bərpa olunmaz itkiləri 1-ə 5 nisbətindədir".

Rusiya dövlət başçısı əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri ayda 50 min ölü və yaralı itirir, nisbət 50-nin 50-yədir.