Çexiyanın mərkəzi hissəsində yerləşən Pardubitse şəhərində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində azı 4 nəfər ölüb, onlarla insan yaralanıb.

"Unikal" xarici mətbuat istinadən xəbər verir ki, bəzi yaralıların vəziyyəti ağırdır.

Hazırda hadisə yerinə axtarış-xilasetmə qrupları, 36 yanğınsöndürmə briqadası və helikopter cəlb olunub.