Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada ilk dəfə insanda quş qripi A(H5N2) virusuna yoluxma faktını açıqlayıb.
"Unikal" təşkilata istinadən xəbər verir ki, bu hadisə Meksikada qeydə alınıb.
Ölkənin səlahiyyətli orqanları ÜST-ə Meksika ştatının sakininin bu virusa yoluxduğu barədə məlumat verib. Bu, dünyada qeydə alınmış quş qripi A(H5N2) virusu ilə insan yoluxmasının laboratoriya tərəfindən təsdiqlənmiş ilk hadisəsidir və Meksikada qeydə alınan H5 quş virusu ilə ilk insan yoluxmasıdır.
ÜST-nin məlumatına görə, virusun mənbəyi hələ məlum deyil. Eyni zamanda, A(H5N2) virusları “Meksikada ev quşlarında” aşkar edilib.
Yoluxmuş şəxs Meksika ştatının 59 yaşlı sakini olub, onun “quş və ya digər heyvanlarla təması yoxdur”. Kişinin bir neçə əsas xəstəlikləri var. Xəstənin yaxınlarının dediyinə görə, kəskin simptomlar başlamazdan əvvəl “o, artıq üç həftə idi ki, başqa səbəblərdən yataq xəstəsi idi”. Aprelin 17-də qızdırma, təngnəfəslik, ürəkbulanma, ishal, ümumi halsızlıq yaranıb. Aprelin 24-də həmin şəxs həkimə müraciət edib və onu Tənəffüs Yolları Xəstəlikləri İnstitutuna aparıblar. O, elə həmin gün “fəsadlar səbəbindən” vəfat edib.
Gülayə Mecid