Rusiyanın Kemerovo şəhərində tramvay qəza nəticəsində ümumilikdə 119 nəfər xəsarət alıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, 21 nəfər xəstəxanaya yerləşdirilib. 84 böyük və 10 uşaq ambulator müalicəyə buraxılıb.
***09:45
Rusiyanın Kemerovo şəhərində tramvay qəzası olub.
"Unikal" xəbər verir ki, bu barədə şəhərin meri Dmitri Anisimov "Telegram" kanalında məlumat verib.
Qəza nəticəsində bir nəfər ölüb, 90 nəfər yaralanıb. Həmçinin, onlardan üçünün vəziyyətinin ağır olduğu, daha 10 nəfər isə ambulator müalicəyə göndərildiyi qeyd olunub. Qəzanın səbəbi hələ ki məlum deyil.
Zərifə Nağıyeva