İsrail ordusu Qəzzada köçkünlərin sığındığı Nusayrat Qaçqınlar Düşərgəsindəki Birləşmiş Millətlər Təşkilatının məktəbinə hücum edib. 

"Unikal" xəbər verir ki, bu barədə Qəzza hökumətinin media ofisinin "Telegram" hesabında yazılı açıqlama verilib.

Hücum nəticəsində ölən 39 nəfərin cənazəsinin Əqsa Şəhidləri Xəstəxanasına çatdırıldığı və onlarla yaralının olduğu bildirilib. 

Zərifə Nağıyeva