Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların aşkarlanması və könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumata verilib.
İyunun 5-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 avtomat silahı, 2 tapança, 1 tüfəng, 4 patron darağı və 46 patron aşkarlanaraq götürülüb.
Həmin gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 qumbara, 6 tüfəng, 1 patron darağı və 105 müxtəlif çaplı patronu təhvil götürüblər.