Türkiyə ordusu terror təşkilatı olan PKK/KCK-ya qarşı şəhər daxilində keçirilən əməliyyatda 6-sı xarici ölkə vətəndaşı olan 12 şübhəli saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Mersin vilayət polis Şöbəsindən məlumat verilib.
Polisə aparılan 6-sı Suriya vətəndaşı olan 12 şübhəli barəsində istintaqın davam etdiyi bildirilib.
Zərifə Nağıyeva