NATO KTMT ölkələrinə müdaxiləni inkişaf etdirir, havada təxribatların sayı artır.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, NATO-nun genişlənməsinin davam etməsi KTMT ölkələri üçün birbaşa təhlükədir:"Kollektiv təhlükəsizlik zonasının şimal və qərb sərhədlərində alyansın hərbi mövcudluğu artır, yeni silah sistemləri yerləşdirilir. Hava məkanında təxribatların sayı artır, çoxsaylı hərbi təlimlər keçirilir, bu təlimlər zamanı KTMT ölkələrinin ərazisinə də müdaxilə planlaşdırılır".
O əlavə edib ki, Qərbin siyasəti KTMT-nin məsuliyyət zonasında vəziyyətin pisləşməsinə gətirib çıxarır.
Ağarza Elçinoğlu