Gecə saatlarında Qara dəniz sularında Rusiya gəmisi məhv edilib.

"Unikal" xəbər verir ki,  bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov məlumat yayıb. 

"Moskva vilayətinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının gəmisi dəqiq zərbə ilə məhv edildi", - nümayəndə bildirib. 

Yusov onu da qeyd edib ki, əməliyyat əvvəlcə Rusiyanın qurduğu dəniz istehkamlarının yarılması, daha sonra isə gəminin məhv edilməsi nəticəsində mümkün olub.

Gülayə Mecid