Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Şimali-Kivu əyalətində üsyançılar tərəfindən həyata keçirilən hücumda 16 mülki vətəndaş həyatını itirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, “Mərkəzi Demokratik Qüvvələr (ADF)” adlı üsyançı qruplaşma üzvləri Şimali-Kivudakı Masau kəndində dinc sakinlərə qarşı hücuma keçib.
Çox sayda evin talan edilərək yandırıldığı hücumda 16 mülki vətəndaş həyatını itirib.
1990-cı illərin sonundan Uqanda və Konqo Demokratik Respublikasında fəaliyyətə başlayan ADF Uqanda Milli Azadlıq Ordusu (NALU), Uqanda Müsəlman Qurtuluş Ordusu və Təbliğ Camaatı kimi hərəkatların keçmiş üzvlərinin bir araya gəlməsi ilə yaradılmışdır.
2014-cü ildən bu yana ADF-nin hücumları nəticəsində minlərlə dinc sakinin öldüyü, yüz minlərlə insanın didərgin düşdüyü bildirilir.
Gülayə Mecid