Rusiyada hərbi məlumat toplayan Fransa vətəndaşı Moskvada saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
Saxlanılan şəxs dəfələrlə Moskvada və digər şəhərlərdə olub, orada Rusiyanın hərbi və hərbi-texniki fəaliyyəti barədə məlumat almaq üçün ruslarla görüşüb.
İstintaq Komitəsi xarici mənbələrdən aldığı məlumatların dövlətin təhlükəsizliyinə qarşı istifadə oluna biləcəyini qeyd edib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə “Xarici agentlər haqqında qanunvericilikdə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməkdən yayınma” ilə cinayət işi başlanıb. Fransız istintaq komitəsinə ifadə vermək üçün aparılıb. Tezliklə onun barəsində cinayət işi açılacaq və barəsində həbs qətimkan tədbiri seçiləcək.
Ağarza Elçinoğlu