Barselonadakı (İspaniya) "Disfrutar" dünyanın ən yaxşı restoranı kimi tanınıb.
"Unikal" xəbər verir ki, ən yaxşı 50 restoranının məşhur siyahısı Las-Veqasda təqdim olunub.
Barselonadakı "Disfrutar"da standart menyu 290 avroya (təxminən 536 min azn) başa gəlir. Və şərab sifariş etmək istəyirsinizsə, əlavə 160 avro (təxminən 3 min azn) ödəmək lazımdır.
Restoran həm də adambaşına 390-1050 avro arasında dəyişən qiymətlərlə süfrəniz üçün unikal menyu təklif edir – nə qədər çox adam olarsa, bir o qədər ucuz başa gəlir. İlk 50-liyə həmçinin Böyük Britaniya, Cənubi Amerika, Tayland, İtaliya və Fransadan olan restoranlar daxildir.