BBC TV-nin "This Morning" və "The One Show" kimi proqramlarında görünməsi ilə tanınan, həmçinin sağlamlıq podkasti "Just One Thing"ə aparıcılıq edən 67 yaşlı Dr. Maykl Mosli Yunanıstanda adada yoxa çıxıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, artıq Yunan Təhlükəsizlik Qüvvələri Simi adasında aparıcının axtarışlarına başlayıb.
Bildirilir ki, Mosli saat səhər saatlarında Agios Nikolaosdan gəzintiyə çıxıb, lakin evə qayıtmayıb.