ABŞ-nin keçmiş prezidenti Donald Tramp silah gəzdirmək lisenziyasından məhrum edilə bilər.
"Unikal" xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
"Polis Trampa verilmiş silah lisenziyasını geri götürməyə hazırlaşır", - məlumatda deyilir.
Qeyd olunur ki, keçmiş prezidentin lisenziyası ötən il aprelin 1-dən dayandırılıb. Bu, Trampa qarşı ittiham irəli sürüldükdən sonra baş verib. O, iki silahı hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verib.
Trampın məhkum edildiyi vaxtdan keçmiş prezidentin odlu silah gəzdirməsi və istifadəsi müəyyən ştat və ya federal qanunları poza bilər.
Ağarza Elçinoğlu