Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə təqsirləndirilən Sümbülə Əliyevanın məhkəmə prosesi davam edib.
"Unikal"ın məlumatına görə, məhkəmə heyəti əvvəl ifadə verən 2 nəfər şahidin dindirilməsinə zərurət görməyiblər.
Təqsirləndirilən Sümbülə Əliyeva isə vəsatətinin olduğunu bildirərək qeyd edib ki, bir neçə şahid vəkil təzədən dindirilməlidir. Hakim vəsatəti qəbul edib və tərəflərin fikirlərini öyrənib. Dövlət ittihamçısı həmin şahidlərin ibtidai istintaq dövründə ətraflı dindirildiyindən vəsatətin təmin olunmamasını istəyib. Həmçinin Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi də dövlət ittihamçısının fikri ilə razı olduğunu qeyd edib. Hakimlər öz aralarında müşavirə etdikdən sonra vəsatətin təmin olunmamasını istəyib. Bundan sonra Sümbülə Əliyeva hakimə etiraz olan vəsatətini məhkəməyə oxuyub. Bildirib ki, mətbuat səhifələrində belə informasiyalar gedib ki, mən 200 min manatdan çox Vəkillər Kollegiyası və Dövlət Sosial Müdafiə Fonduna ziyan vurmuşam. Belə ki, heç bir məhəkəmə maliyyə sənədlərinin tədqiqi ilə bağlı araşdırma aparmadı. Mənim səhətim çox pislədi. Mənim bu məhkəmə də çəkişmə və təqsirsizlik prizumpsiyam pozulur. Mənə belə qərəzli 37-ci il tətbiq edilirsə, mən xəstə olmuşam. Bunu başa düşün. Sizə can sağlığı arzulayıram. Sizin fəaliyyətinizə yaşla əlaqədar hakimliyinizə xitam verilir, o demək deyil ki, mənim işimə tələs-tələs baxmalısınız. Mən heç kimin şəxsi evinə gəlməmişəm, bura məhkəmədir. Azərbaycanda ölüm hökmü yoxdur, amma siz mənə tətbiq edin, razıyam".
Hakim heyəti hakimə etiraz vəsatətini də qəbul etmədi. Cinayət Prosessual Məcəllənin 109-cu maddəsini əsas götürsə də ancaq bu etiraz da onun əsasları yoxdur. Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarının da açıq məhkəmə prosesində iştirak etmək hüququ vardır.
Məhkəmə prosesi 10 iyun tarixinə kimi təxirə salınıb.
Azər İsrafilov