Polşada Milli Təhlükəsizlik Şurasının iclası çağırılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, iclasın əsas mövzusu Belarusla sərhəddə miqrantlara atəş açan polşalı əsgərlərin həbsi olacaq.
Respublika prezidenti Anjey Duda bildirib ki, hadisəni mümkün qədər tez müzakirə etmək lazımdır, çünki bu, Polşanın təhlükəsizliyinə aiddir və ictimaiyyəti narahat edir: "Bu, şok faktdır. Nəzərə almaq lazımdır ki, son həftələr sərhəddəki əsgərlərimiz Belarus tərəfinin dəfələrlə hücumuna məruz qalıb".
Ağarza Elçinoğlu