Rusiya səfiri məsləhətləşmələrdən sonra tezliklə Ermənistana qayıdacaq.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Mərkəzdən məsləhətləşmələr üçün səfirin çağırılması ümumi diplomatik təcrübədir. Sergey Pavloviç Kopırkin üzərinə düşən vəzifələrin icrasına yenidən başlası üçün tezliklə İrəvana göndəriləcək. Səfiri məsləhətləşməyə çağırıblar, o, geri çağırılmayıb, Rusiya və Ermənistan müttəfiqdir, strateji tərəfdaşdır.
Qaluzinin sözlərinə görə, “münasibətlərdə uyğunsuzluqlar var, lakin bu, münasibətlərin səviyyəsini aşağı salınması anlamına gəlmir”.