Suriyanın şimal-qərbindəki İdlib vilayətində şagirdləri daşıyan avtobus Orontes çayına düşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə çox sayda təcili yardım maşınları və Mülki Müdafiə qrupları göndərilib.
Məlumata görə, qəzada 6 uşaq həyatını itirib, çoxlu sayda azyaşlı isə yaralanıb.
Axtarış-xilasetmə işləri davam edərkən, yaralılar ətrafdakı xəstəxanalara aparılıb.