Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün əbədi məzar yeri olan Anıtkabiri hər gün minlərlə insan ziyarət edir.
"Unikal" xəbər verir ki, bu ziyarətlərin bəziləri zaman-zaman mübahisələrə səbəb ola bilir. Belə ki, Anıtkabiri ziyarət edən gənc qız çəkdirdiyi foto ilə diqqət çəkib.
Anıtkabirdən iddialı geyimi ilə fotosunu paylaşan qız sosial mediada linç edilib. Bir çox istifadəçi qızın geyiminin belə ziyarətə uyğun olmadığı bildirib.
Seymur Əli