Fransız milyarder Bernard Arnault amerikalı sahibkar Elon Maskı geridə qoyaraq dünyanın ən varlı adamı olub. 

"Unikal" xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb. 

O, şirkətin səhmlərinin qiyməti təxminən 1,5% bahalaşdıqdan sonra dünya reytinqində birinci yerə çıxıb. 

Təxmini xalis sərvəti 210,1 milyard dollar olan Arnault, xalis sərvəti 208,6 milyard dollar olan Tesla-nın baş direktorunu geridə qoyub. 

Ağarza Elçinoğlu