ABŞ administrasiyası Ukraynaya 225 milyon ABŞ dolları məbləğində yeni müdafiə dəstəyi paketinin hazırlanması üzərində işləyir.

"Unikal" xəbər verir ki, bu barədə AP məlumat yayıb.

ABŞ-nin Ukraynaya yeni hərbi yardımına həmçinin HAWK hava hücumundan müdafiə raketləri, Stinger MANPADS raketləri, Javelin və AT-4 tank əleyhinə sistemləri, 155 mm-lik haubitsalar, zirehli maşınlar, patrul katerləri, partlayıcı materiallar, ehtiyat hissələri və avadanlıqlar daxil olacaq.

Gülayə Mecid