Pakistanda Əfqanıstanla sərhəddə yerləşən “Çaman” nəzarət-buraxılış məntəqəsində sakinlərlə polis arasında qarşıdurma baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sərhəd qəsəbəsində keçirilən mitinqlərə görə nəqliyyatın hərəkəti dayandırılıb. Bildirilir ki, qarşıdurma zamanı 17 təhlükəsizlik işçisi yaralanıb. Polis "hökumət binalarına hücumlardan" sonra etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.
İnsidentdə 56 nəfər saxlanılıb.
Gülayə Mecid