Ermənistan Respublikasının heç bir qonşusuna, o cümlədən Azərbaycana ərazi iddiası yoxdur.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Ermənistan və Azərbaycan arasında danışıqlar aparılmış Sülh Sazişində aydın şəkildə göstərilib ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır və bir-birlərinə qarşı heç bir ərazi iddiası yoxdur. Sülh Sazişi layihəsində razılaşdırılmış müddəa da var ki, tərəflərdən heç biri Sülh Sazişindən irəli gələn öhdəlikləri pozmaq üçün öz daxili qanunvericiliyinə müraciət edə bilməz. Sazişin imzalanması və ölkədaxili prosedurlar vasitəsilə ratifikasiyası bu prinsipləri yekunlaşdıracaq.
Müvafiq olaraq, biz hesab edirik ki, tərəflərin bütün narahatlıqlarını aradan qaldırmağın ən aydın və birbaşa yolu Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülh səhifəsi açacaq Sazişin imzalanmasıdır.
Ermənistan və Azərbaycan arasında Sülh Sazişi imzalanmaq üçün kifayət qədər uyğundur və Ermənistan tərəfi onu yaxın bir ay ərzində başa çatdırmaq və imzalamaq üçün konstruktiv və intensiv işləməyə hazır olduğunu bildirir", - XİN-in məlumatında deyilir.
Ağarza Elçinoğlu