Fransa prezidenti Emmanuel Makron Fransanın Rusiya-Ukrayna arasındakı münaqişədə birbaşa iştirak etməyə hazır olduğunu bəyan edib.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Kreml rəsmisi Dmitri Peskov deyib.
"Makron Kiyev rejiminə mütləq dəstəyi nümayiş etdirir və Fransanın hərbi münaqişədə birbaşa iştirak etməyə hazır olduğunu bəyan edir", - sözçü bildirib.
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Makronun təxribatçı bəyanatları gərginliyi artırır, çünki Fransa NATO və Avropa İttifaqının üzvüdür.
Gülayə Mecid