Ukrayna Təhlükəsizlik Xidməti (SBU) deputat və onun iki övladını Xmelnitski vilayətində Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıqda şübhəli bilinərək saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Bildirilir ki, qadın və onun iki yetkin uşağı - 42 yaşlı oğlu və 37 yaşlı qızı ailəvi səfər adı altında şəxsi avtomobili ilə Xmelnitski vilayətinin ərazisini gəzib.
"Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə onlar bölgəni müdafiə edən mobil hava hücumundan müdafiə atəş qruplarının əsaslarını və hərəkət marşrutlarını tapmalı, həmçinin, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin, texnikasının və anbarlarının yerini aşkar etməli imişlər".
Səfərlər zamanı qadın gizli şəkildə "lazım olan" obyektlərin şəklini çəkib.
Qeyri-qanuni hərəkətlərə görə, Rusiya xüsusi xidmət orqanları deputatın qızının bank kartına pul köçürüb. Hər üç şəxs dövlətə xəyanətdə ittiham olunub. Hazırda deputat iki övladı ilə birlikdə həbsdədir. Onları ömürlük həbs gözləyir.
Gülayə Mecid