Ukrayna prezidenti Volodimir Zelenski Fransa Milli Assambleyasında çıxış edib.
"Unikal" xarici KİV-ə istinadən xəər verir ki, Zelenski parlament üzvləri qarşısında Rusiyanın hücumları barədə məlumat verib.
O, çıxışına "Putin bizim ümumi düşmənimizdir",- deyə başlayıb.
Bununla yanaşı, o, İsveçrədə qarşıdan gələn sülh sammitinə işarə edərək, sammitin Ukrayna və Avropada sülhü bərpa edəcəyinə ümid etdiyini bildirib.