Rusiya ümid edir ki, erməni parlamentarilər Buça təxribatı zamanı Kiyevdən alınan həlak olanların siyahısını Moskvaya təhvil verəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.
Diplomat Ermənistan rəsmilərinin Buçaya səfəri ilə bağlı yayılan məlumatlara belə reaksiya verib: "Təbii ki, Ermənistan parlament nümayəndə heyətinin əlində Kiyev rejiminin Rusiya ordusuna aid etdiyi, həmin şəxslərin Rusiya tərəfindən öldürüldüyü iddia edilən qurbanların siyahısı var. Biz həqiqətən ümid edirik ki, Ermənistan tərəfi siyahını Rusiya tərəfi ilə bölüşəcək. İki ildir ki, təşkilatlardan, o cümlədən BMT-dən bu məlumatları ala bilmirik".
Ağarza Elçinoğlu