Rusiya Prezidenti Vladimir Putin raket hücumu xəbərdarlığı sistemləri hazırlamış Rusiya və ABŞ-dan fərqli olaraq Avropa ölkələrinə nüvə hücumlarına qarşı müdafiəsiz olduqlarını xatırladıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib:

“Əgər, Allah eləməsin, hər hansı zərbə vurularsa, hamı başa düşməlidir ki, Rusiyanın raket hücumu xəbərdarlığı - SRPN sistemi var. Bu sistem ABŞ-də də var. Avropada isə yoxdur. Avropa bu mənada müdafiəsizdir".