İyunun 7-də Böyük Britaniyanın Çeşir şəhərində ölkənin ən varlı adamı, Vestminsterin 40 yaşlı yeddinci hersoqu Hyu Qrosvenorun toyu olub. 

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, o, Oliviya Hensonla evlənib. 

Hyu 2016-cı ildə atası vəfat etdikdən sonra Vestminster hersoqu olub. O, iş adamı Cerald Qrosvenor və həyat yoldaşı Nataliyanın ailəsində yeganə oğuldur.

Romanovlar sülaləsinin nümayəndələri və şair Aleksandr Puşkin Hyunun anasının əcdadları hesab olunur.