Danimarkanın Baş naziri Mette Frederiksen iyunun 7-də axşam saatlarında Kopenhagendə məruz qaldığı hücum zamanı boynundan yüngül zərbə alıb.
"Unikal" xəbər verir ki, insidentlə əlaqədar Frederiksen planlaşdırılan bir neçə tədbiri ləğv etmək məcburiyyətində qalıb.
Hücum edən şəxs saxlanılıb, lakin insidentin motivi barədə heç nə məlum deyil. Məlumata görə, 39 yaşlı kişinin hadisə ilə bağlı şənbə günü günortadan sonra Frederiksburq Məhkəməsində keçiriləcək məhkəmə iclasına gətirilməsi planlaşdırılır.
***23:54
Naməlum şəxs Danimarkanın baş naziri Mette Frederiksenə hücum edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, hökumət başçısı Danimarka paytaxtının Kyultorve meydanında olarkən naməlum kişi yaxınlaşaraq onu vurub.
Hökumət ofisinin qeyd etdiyi kimi, baş nazir "baş verənlərdən şoka düşüb". Frederiksenin özü bu məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Polis hücumçunu saxlasa da, hələlik hadisə ilə bağlı açıqlama verilməyib.