Yeni Kaledoniyada iğtişaşlar nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb, daha 1 nəfər iyunun 3-də Numea Beynəlxalq Hava Limanına gedən yolda jandarma ilə yerli sakinlərin atışmasından sonra xəstəxanada vəfat edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, hadisə Payta şəhərindəki Kol-de-la-Piroq rayonunda, arxipelaqın paytaxtı Numeadan etirazçılar tərəfindən bağlanan aeroporta gedən yolda baş verib. Jandarmların bildirdiyinə görə, onların avtomobili pikapla vurulduqdan sonra cavab atəşi açılıb.

Sakit okeanın cənubunda Fransanın dənizaşırı ərazisi olan yeni Kaledoniyada iğtişaşlar mayın ortalarında başlayıb. Bunun səbəbi Parisin yeni seçicilərə - 10 ildən çoxdur Yeni Kaledoniyada yaşayanlara yerli seçkilərdə səs vermək hüququ vermək qərarı ilə bağlıdır. Yerli əhali bu qərarın əleyhinə çıxıb.