ABŞ qoşunlarını Nigerdən çıxarmağa başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Nigerin quru qoşunlarının qərargah rəisi, polkovnik Mamane Sani Kiau bildirib.
"ABŞ rəsmi olaraq qoşunlarını Nigerdən çıxarmağa başlayıb. Artıq 269 hərbi qulluqçu və 946 ton hərbi texnika ölkəmizi tərk edib", - deyə o qeyd edib.
Qeyd edək ki, Amerika kontingentinin çıxarılmasına dair razılıq bu il mayın ortalarında Niger və ABŞ Müdafiə Nazirliyinin nümayəndə heyətləri arasında aparılan danışıqlarda əldə olunub.