Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Əfəndiyev Əfruz Nazim oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, məhkəməyə sədrlik edən hakim tərəfindən təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işində 5 nəfər şəxs zərərçəkmiş qismində tanınıb. Həmçinin məlum olub ki, Əfruz Əfəndiyev əvvəllər də məhkumluq həyatı yaşayıb və məhkumluğu ödənilməyib.
Məhkəmə prosesi 5 avqust tarixinə kimi təxirə salınıb.
Azər İsrafilov