Böyük Britaniyada ev pişiklərinin mikroçiplənməsi və onların sahibinin əlaqə məlumatlarının verilənlər bazasında qeyd edilməsi məcburi hala gətirilib.
"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ətraf Mühit, Qida və Kənd İşləri Nazirliyindən açıqlama verilib.
Yeni qanunvericiliyə uyğun olaraq, sahiblərinin pişiklərinə 20 həftəlik olmamışdan əvvəl mikroçip taxmaları və əlaqə məlumatlarını aktiv saxlamalarının tələb edildiyi bildirilib.
Açıqlamada ölkədə 9 milyondan çox ev pişiyi olduğu və məcburi mikroçip tətbiqinin itirilmiş və ya sahibsiz pişiklərin sahiblərinə asanlıqla və təhlükəsiz şəkildə evlərinə qaytarılmasını asanlaşdırdığı qeyd edilib.
Zərifə Nağıyeva