Ermənistan Milli Təhlükəsizlik Xidməti "Artur qardaşları" kimi tanınan Artur və Artak Sarkisyanı saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə erməni vəkil Arsen Babayan sosial şəbəkələrdə məlumat yayıb.
“İrəvan İstintaq Komitəsinin müstəntiqinin qərarı ilə Artur və Artak Sarkisyan 72 saat müddətinə saxlanıblar”, - Babayan yazıb.
Onun sözlərinə görə, onlar qanunsuz silah saxlamaqda şübhəli bilinirlər, lakin onların üzərində qanunsuz heç nə aşkar edilməyib.
Babayan bildirib ki, Sarkisyanların həbsi tamamilə qanunsuzdur və sırf onların “Vətən uğrunda Tavuş” hərəkatında iştirakı ilə bağlıdır.
Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, Sarkisyan qardaşlarının adı Keniyada bir sıra qalmaqallarda çəkilir.