BMT Təhlükəsizlik Şurası ABŞ-nin İsrail və HƏMAS hərəkatı arasında atəşkəsə dair qətnamə layihəsinin lehinə səs verib.

Unikal"  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü bu sənədin lehinə səs verib.

Qətnamənin birinci mərhələsi dərhal atəşkəs, İsrail Müdafiə Qüvvələrinin qoşunlarının Qəzza zolağında məskunlaşan ərazilərdən çıxarılmasını və HƏMAS hərəkatının saxladığı girovların azad edilməsini nəzərdə tutur.